"Şeyx Xəmzət" Azərbaycana buraxılmadı

"Şeyx Xəmzət" Azərbaycana buraxılmadı

Çeçen əsilli kriminal avtoritet Xəmzət Qastəmirov Azərbaycana buraxılmayıb. Yenicag.az-ın əldə etdiyi məlumata görə, “qanuni oğru”nu hava limanından geri göndərilib. Hüquq-mühafizə orqanının əməkdaşları mədəni şəkildə Qastəmirova Azərbaycana giriş edə bilməyəcəyini izah ediblər.

Bu səbəbdən təxminən 20 nəfərlik heyətlə Azərbaycana giriş etmək istəyən Qastəmirov İstanbula yollanıb. Etibarlı mənbə bildirir ki, o, səfər çərçivəsində 2016-cı ildə İstanbulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin məzarını ziyarət edəcəkdi. Qeyd edək ki, “Şeyx Xəmzət” Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
688 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...