“Mirhəsən Seyidovun piyadanı vurması xəbəri yalandır” - Açıqlama

“Mirhəsən Seyidovun piyadanı vurması xəbəri yalandır” -
Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı mediada yayılan məlumata rəsmi reaksiya verilib.

Neftçala RİH-dən “Qafqazinfo”ya bildirilib ki, qeyd olunanlar həqiqəti əks etdirmir: “Ümumiyyətlə, belə bir hadisə baş verməyib və kökündən yanlışdır”.

İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırıb:

“Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...