İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi başlanıb

İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi başlanıb
İmişlidə 11 yaşlı qız uşaq dünyaya gətirib.

İmişli rayon xəstəxanasından APA-nın Mil-Muğan bürosuna verilən məlumatına görə, İmişli şəhər sakini 2010-cu il təvəllüdlü (11 yaşlı) məktəblinin nənəsi İmişli rayon Xəstəxanasına müraciət edib.

Xəstəxananın ginekoloji şöbəsində 11 yaşlı qıza 31 həftəlik hamiləlik diaqnozu qoyulub. Bu barədə xəstəxana İmişli rayon prokuroluğuna müraciət edib. İmişli rayon prokuroluğu araşdırmaya başlayıb. Bu gün Respublika Klinik xəstəxanasında azyaşlı qız qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
948 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...