Məhkəmədə Nərmin Quliyevanın bacısı dindirilib

Məhkəmədə Nərmin Quliyevanın bacısı dindirilib
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində N.Quliyevanın bacısı Şəbnəm Quliyeva ifadə verib.

O, təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandırıb.

Məhkəmənin növbəti iclası noyabrın 17-nə təyin edilib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...