BŞİH-in sabiq əməkdaşı Türkiyədə həbs edildi

BŞİH-in sabiq əməkdaşı Türkiyədə həbs edildi
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Gundeminfo.az Lent.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan Cəlal Bağırov Türkiyədə saxlanılıb.

C.Bağırov Azərbaycana ekstradisiya edilərək istintaqa təhvil verilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Cəlal Bağırov Hacıbala Abutalıbovun rəhbər olduğu dövrlərdə Bakı Şəhər İcra Hakimiyyətində hüquqşünas-məsləhətçi vəzifəsində çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...