Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi
Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü S.Sadıqov Sübhan adlı dostuna məxsus “Opel” markalı avtomobillə Bakı-Sumqayıt yolu ilə hərəkətdə olarkən pəncərədən küçəyə yüz manatlıqlar səpməyə başlayıb. Bunu görən polis əməkdaşları onu saxlamağa çalışıb. Lakin S.Sadıqov və dostu polisin qanuni tələbinə məhəl qoymayaraq avtomobillə uzaqlaşmağa çalışıblar. Polislərin təqibindən sonra onları Səbail rayonu Lermantov küçəsində yaxalamaq mümkün olub. Bu zaman Sübhan maşından düşərək qaçsa da, S.Sadıqov yaxalanıb. Avtomobildən xeyli miqdarda saxta manatlıq və dollar əsginaslar aşkar edilib.

Çevik Polis Alayının əməkdaşları maşından düşərək qaçan sürücünü Səbail rayonu Teymur Elçin küçəsindəki binalardan birinin blokunda saxlayıblar.

Saxlanılan S.Sadıqov bildirib ki, saxta pulları "Tarqovı"da 150 ədədinə 15 manat verərək alıb.

Onların barəsində Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol açılıb və məhkəməyə göndərilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxsə 8 sutka inzibati həbs cəzası verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1788 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...