“Zakir Qaralov həmin dəstə üzvlərini himayə edirdi”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, ötən gün keçirilən prosesdə hazırda həbsdə olan Rauf Kərimov məhkəmədə zərərçəkən qismində sərbəst ifadə verib.
O bildirib ki, 2000-ci ilədək prokurorluq orqanlarında çalışıb: “Öz ərizəm əsasında işdən çıxaraq sərbəst biznes fəaliyyəti ilə məşğul olmağa başladım. 2002-2003-cü illərdə Bakıda tanınmış türkiyəli iş adamı Əli Evsendən onun işçisi İlqar Həsənovun adına sənədləşmiş “Çinar” dükanını, Artyom adlı qaynının adına olan 1 saylı hamamı, 1 saylı taksi parkının ərazisini, “Kosmos” adlı mağazanı, hazırki “Kral” mebel dükanını və İçərişəhər ərazisində 4 mərtəbəli yaşayış binasını, “Bakı” mehmanxanasını satın aldım. Bundan sonra sement satışı ilə məşğul olmaq üçün 120 ədəd “Kamaz” alaraq “Qaradağ” sement zavodundan Bakı və ətraf ərazilərdəki mağazalara, tikinti obyektlərinə sementin daşınmasını təşkil etdik. Daşıma işi ilə əlaqədar 2008-ci ildə Cavidan Hacıyevlə tanış oldum. Onunla biznesin inkişafı üçün mənə məxsus “Bakı” mehmanxanasını girov qoymaqla “Texnikabank”dan 30 milyon manat kredit götürdük. Kreditin həcmindən artıq məbləğdə ödəniş etdik. “Texnikabank”ın rəhbəri Etibar Əliyev MTN tərəfindən həbs olunduqdan 2 ay sonra Vüsal Ələkbərov Cavidana və mənə zəng vurdu, bizi MTN-nə çağırdı. Cavidan Türkiyədə olduğuna görə MTN-ə tək getdim”.
May-iyun aylarında Vüsal Ələkbərov hər gün olan Rauf Kərimovu MTN-ə çağırıb krediti necə, kimin vasitəsilə götürdüklərini, Etibar Əliyevə rüşvət verib-vermədiklərini, krediti nəyə xərclədiklərini soruşub: “Krediti təyinatı üzrə istifadə etmədiyimizi, həbs ediləcəyimnizi dedi. Cavidan ölkəyə qayıdandan sonra Vüsal Ələkbərov bizi birlikdə MTN-ə çağırıb 1 milyon manat tələb etdi. Pulun Mövlam Şıxəliyevin göstərişi ilə tələb olunduğunu bildirdi. Mövlam Şıxəliyevə dedim ki, məsələni həll etmək üçün Eldar Mahmudova xahişə çıxacağıq. Mövlam Şıxəliyev bildirdi ki, “bu məsələlər məruzə olunub, son söz deyilib, 1 milyon manatı çatdırmalısız. Bundan sonra Vüsal Ələkbərovdan vaxt istədik. Banklardan kredit götürməklə hissə-hissə 1 milyon manatı verdik.
2014-cü ildə Baş Prokurorluq məni və Cavidanı “Texnikabank”a olan kredit borclarına görə həbs etdi. İstintaq zamanı MTN-də barəmizdə heç bir sənədləşmə aparılmadığı müəyyən olundu. Vüsal Ələkbərov məni dəfələrlə dindirib, sənədlərə imza atdırıb. Buna görə məqsədli şəkildə bizi qeydiyyatsız olaraq MTN binasına salıblar”.
Bundan sonra iş üzrə zərərçəkən Zaur Əliyev sərbəst ifadə verib. O, özünə qarşı baş vermiş cinayətlə bağlı topladığı sənədləri göstərərək 4 cilddən ibarət hazır cinayət işi olduğunu vurğulayıb: “İbtidai istintaqa verdiyim ifadədən imtina edirəm. İbtidai istintaqda dindirildiyim vaxt bu gün məhkəmə qarşısına çıxarılan mütəşəkkil cinayətkar dəstənin aktiv üzvlərindən olan Zakir Qaralov Baş prokuror, Rüstəm Usubov isə onun 1-ci müavini idi. Mövlam Şıxəliyev və bu gün məhkəmə qarşısında olan dəstə üzvlərini himayə edirdilər. Həmin vaxt mən oğrudan oğruya, quldurdan quldura şikayət etmək məcburiyyətində idim”.
Zaur Əliyevun ifadəsi bu gün keçiriləcək prosesdə davam etdiriləcək.
Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.
778 dəfə oxundu