Məhkəmə Ramin Hacılının vəsatətini təmin etməyib
Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Ramin Hacılı vəsatət qaldıraraq məhkəmənin təxirə salınmasını tələb edib.
O bildirib ki, artıq 5 gündür aclıq aksiyası edir və buna görə də özünü yaxşı hiss etmir.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmdə ifadə verən şahidlər Kamran Abbaszadə, Fərman Həsənov və Kənan Tağıyev təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını deyiblər.
Onların sözlərinə görə, onlar "Şengen" vizası almaq üçün 250 manatdan 2 min 500 manata qədər pul veriblər:
"Ramin Hacılı verdiyi vədi yerinə yetirib. Ondan heç bir tələbimiz yoxdu".
Məhkəmənin növbəti iclası iyulun 6-na təyin edilib.
Qeyd edək ki, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.
Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Xatırladaq ki, digər şəxslərin cinayət işi ayrıca icraata götürülüb.
646 dəfə oxundu