Daha bir qazi özünü asdı: XTQ gizirinin həyatını xilas etmək mümkün olub - TƏFƏRRÜAT

Daha bir qazi özünü asdı:
Ölkədə qazi intiharlarının sayı günbəgün artır. Bir neçə gün əvvəl Sabirabad İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq, dünyasını dəyişən Elvin Cəfərovdan sonra daha bir neçə xəbər yayılıb.

Gundeminfo.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, həmin xəbərlərdən biri Elvin Fərəclidir.

O, Kəlbəcər İcra Hakimiyyəti və yerli məmurlarının etinasızlığından özünə qəsd edəcəyini bildirib. Elvin Cəfərli müharibədə bir gözünü itirsə də, ona diqqət yetirilmədiyini deyib.

İkinci xəbər isə Xaçmazdan gəlib. JAMAZ.İNFO bildirir ki, jurnalist Həbib Müntəzirin yaydığı xəbərə görə, intihara cəhd edən şəxs Xaçmaz rayonu Müzəffəroba kənd sakini, 1993-cü il təvəllüdlü XTQ giziri Yusif Seyfulla oğlu Əsədullayevdir. Onun məlumatına görə, Yusif Əsədullayev bu gün özünü asaraq, intihara cəhd edib. Xoşbəxtlikdən onu xilas etmək mümkün olub.

O, özünə qəsd etməsinin səbəbi kimi rəsmi qurumların ona etinasiz yanaşdığını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
755 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...