Rüşvətdə ittiham olunan həkim azadlığa buraxıldı – HÖKM
Dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Lerik Rayon Mərkəzi Xəstəxanasında psixiatr-həkimi Balaş Təhməzov və Şirvan şəhər sakini Adil Zərbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
B.Təhməzov və A.Zərbiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Hər iki təqsirləndirilən şəxsin barəsində 2 il sınaq müddəti olmaqla 6 il şərti cəza verilib.
Onların barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, A.Zərbiyev bir qrup Sabirabad rayon və Şirvan şəhər sakinlərinə guya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən tanışları vasitəsilə əlillik dərəcəsi təyin etdirəcəyini vəd edib.
O, vətəndaşları aldadaraq 2019-cu ilin sonlarında onlara məxsus ümumilikdə 9 min 500 manat pul vəsaitini ələ keçirib və onları vəzifəli şəxsə rüşvət verməyə təhrik edib.
Həmçinin o, Lerik Rayon Mərkəzi Xəstəxanasında psixiatr-həkim vəzifəsində çalışan B.Təhməzov ilə cinayət əlaqəsinə girərək əlillik dərəcəsi təyin edilməsi ilə bağlı onlara müraciət etmiş şəxslərə guya yüksək vəzifədə olan tanışlarının köməkliyi ilə müxtəlif səhiyyə müəssisələrində stasionar müalicə almalarına dair saxta xəstəlik tarixçələri əldə edərək təqdim edəcəklərini vəd edib.
Eyni zamanda, o, dayandırılmış əlillik dərəcələrini bərpa edilməsinə köməklik göstərəcəklərini də vəd edərək ayrı-ayrı vətəndaşlardan 6 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Onun həm də vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
A.Zərbiyev və B.Təhməzova Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) və digər maddələri ilə ittiham elan edilib.
628 dəfə oxundu