Səfərbərlikdən qaçan Rusiya vətəndaşları Qazaxıstan sərhədində saxlanıldı - Fotolar

Səfərbərlikdən qaçan Rusiya vətəndaşları Qazaxıstan sərhədində saxlanıldı -
Qazaxıstan sərhədçiləri buraxılış məntəqəsindən kənarda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən üç Rusiya vətəndaşını saxlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin saytında məlumat verilib.

Qeyd olunur ki, sərhəd pozucuları bu gün Sərhəd Xidmətinin Kostanay vilayəti üzrə departamentinin ərazisində saxlanılıblar.

Onlar bu hərəkətlərini Rusiyada həyata keçirilən qismən səfərbərlikdən yayınmaq cəhdi kimi izah ediblər.
Hazırda saxlanılan şəxslər dindirilir, bundan sonra onlar Rusiya tərəfinə təhvil veriləcək.

Nazirlik vurğulayıb ki, Rusiya Federasiyasındakı səfərbərliklə əlaqədar Qazaxıstan sərhəd qoşunlarının bölmələri və buraxılış məntəqələri gücləndirilmiş iş rejimində işləyir.


Səfərbərlikdən qaçan Rusiya vətəndaşları Qazaxıstan sərhədində saxlanıldı -
Səfərbərlikdən qaçan Rusiya vətəndaşları Qazaxıstan sərhədində saxlanıldı -
Səfərbərlikdən qaçan Rusiya vətəndaşları Qazaxıstan sərhədində saxlanıldı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
678 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...