“Location” klubdakı partlayışa görə hökm oxundu

“Location” klubdakı partlayışa görə hökm oxundu
Bakıda 4 nəfərin ölümü ilə nəticələnən “Location” klubdakı partlayışla bağlı məhkəmə yekunlaşıb.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, cəzalarını məntəqə tipli cəza çəkmə müsəssisəsində çəkmək şərtilə klubun meneceri Orxan Səfərli 4 il, administrator Rəsul Rəsulov 5 il, FHN-in ərazi inspektoru Ruslan Məmmədov 4 il müddətə azadlıqdan məhrum edilib. Ruslan Məmmədovun cəzası şərti hesab edilib.

Qeyd edək ki, hadisə bu il aprelin 3-də "Tarqovıy" adlanan ərazidə baş verib. Partlayış nəticəsində bir nəfər hadisə yerində, 3 nəfər isə sonradan xəstəxanada ölüb.

Partlayışda 34 nəfər yaralanıb, 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib.

İstintaq müəyyən edib ki, obyektin mətbəxində qanunsuz olaraq, mövcud qaydaları pozmaqla propan qazının sıxılmış mayesi ilə dolu qaz balonundan istifadə edilib. Həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
615 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...