Deputat rəhbəri olduğu federasiyanı məhkəməyə verdi

Deputat rəhbəri olduğu federasiyanı məhkəməyə verdi
Azərbaycan parlamentində Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir Emil Eldar oğlu Tağıyev Azərbaycan Bilyard İdman Federasiyası İctimai Birliyinə qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, Emil Tağıyev həm də Azərbaycan Bilyard İdman Federasiyasının prezidentidir.

Şöbə müdirinin iddiası Bakı Kommersiya məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. İddia borc müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

Məsələ ilə bağlı Bilyard İdman Federasiyasından münasibət almağa çalışsaq da, suallarımızı cavablandıran olmadı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...