Paşinyan İkinci Qarabağ müharibəsi ilə bağlı istintaqda dindirilib

Paşinyan İkinci Qarabağ müharibəsi ilə bağlı istintaqda dindirilib

Ermənistanın baş naziri Nikol Paşinyan İstintaq Komitəsində şahid qismində dindirilib.

“Report” "Azadlıq radiosu"nun erməni xidmətinə istinadən xəbər verir ki, bu barədə komitədən bildirilib.

Məlumata görə, 2022-ci il mayın 4-də Ermənistanın bir qrup yüksək rütbəli məmurunun 44 günlük İkinci Qarabağ müharibəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başlayıb.

Proses İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin Xüsusilə mühüm işlərin araşdırılması şöbəsində davam etdilir.

İdarənin rəhbəri Rafael Vardanyanın sözlərinə görə, müharibədə ölən hərbçilərin yaxınları N.Paşinyanın dindirilməsini və istintaqa cəlb olunmasını tələb ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...