TSEK-in qrumlarında yoxlama - Direktorların yerləri niyə dəyişdirildi?

TSEK-in qrumlarında yoxlama -
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan qurumlarda ciddi pozuntular aşkarlanıb.

Qaynarinfo-nun məlumatına görə, agentliyin tabeliyində fəaliyyət göstərən qurumlarda aparılan yoxlama zamanı ciddi maliyyə və digər məsələlərlə bağlı pozuntulara görə bir sıra Reabilitasiya Mərkəzlərinin direktorları işdən çıxarılıb və bəzilərinin isə yerləri dəyişdirilib.

1 saylı Uşaq Reabilitasiya Mərkəzinin sədri Əliyeva Nərgiz Namiq qızı və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin rəhbəri Qarayev Vidadi Ağalar oğlu işdən çıxarılıblar.

TSEK-in qrumlarında yoxlama -


Vidadi Qarayev

Eyvazov Şaban Hümmət oğlu Respublika Reabilitasiya Mərkəzi vəzifəsindən azad olunaraq, 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə direktor təyin edilib.

2 saylı Uşaq Reabilitasiya Mərkəzinin direktoru Həsənova Jalə Nahid qızı 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktoru təyin olunub.
TSEK-in qrumlarında yoxlama -

Şaban Eyvazov

Azərbaycan Voleybol Federasiyasının həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova isə Respublika Reabilitasiya Mərkəzinin direktoru gətirilib.

TSEK-in qrumlarında yoxlama -


Vüsalə Kazımova

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, ən çox pozuntular Respublika Reabilitasiya Mərkəzində aşkarlanıb. İşlək olmayan avtomobilləri işlək kimi dövlət qeydiyyatına alaraq, hər avtomobilə görə aylıq 300-400 manat vəsait mənimsənilib. Respublika Reabilitasiya Mərkəzinə filtrasiyalı su təminatına adı ilə dövlət büdcəsindən pul ayırılsa da, o vəsait təyinatı üzrə xərclənməyib. Əlillərə ayrılan ərzaq və dərman preparatlarının bəzi hissələrinin şəxsi istifadə üçün mənimsənilməsi hallarının aşkar olunduğu iddia olunur.

TSEK-in qrumlarında yoxlama -


Respublika Reabilitasiya Mərkəzində bir vaxtlar çalışmış ginekoloq və lor həkimləri də işdən xaric edilib. Sözügedən məsələlərlə bağlı Qaynarinfo-nun əməkdaşı bu ilin 13 sentyabr tarixində qurumun mətbuat xidmətinin rəhbəri Tural Qurbanova dəfələrlə sorğu ünvanlasa da, üzərindən iki ay keçməsinə baxmayaraq, suallar cavablandırılmayıb.
TSEK-in qrumlarında yoxlama -

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...