6 saylı məktəbdə baş verənlər ört-basdır edilir? – Ana müraciət yaydı

6 saylı məktəbdə baş verənlər ört-basdır edilir? –
Bloger Arzu Məmmədova sosial media hesabının hekayə bölməsində “2-ci sinif şagirdinin anasının müraciəti” başlığı ilə skrinşot paylaşıb.

Ölkə.az xəbər verir ki, infulunser 6 nömrəli məktəbdə baş verənlərlə bağlı izləyiciləri ilə paylaşdığı yazıya “oxuyarkən göz yaşlarımı saxlaya bilmədim” şərhini qeyd edib.

“Mən artıq çarəsizəm, ona görə ki səsimə səs verən yoxdur. Bu məsələni ictimailəşdirməyə də bilərdim, ancaq vicdanım yol vermədi. Hər kəsin övladı var və bunu yaşam

asın deyə yazıram. 3 dəfə uğursuz hamiləlikdən, çətin və ağır müalicələrdən 7 il sonra övladım dünyaya gəlib və bir daha ana olmayacağımı bilirdim.
Övladımı 6 saylı məktəbə qoyduq, uşağın üzərində nəzarətim güclü idi. 10.01.2024-cü il tarixində uşaq mənə olanları danışdı və şok yaşadım. 8 yaşlı oğlum 7-ci sinif şagirdlərinin bu murdar əməllərini etiraf etdi. Uşağın bədəni çimdik-çimdik idi. Övladım dərsdən sonra məktəbdə ingilis dilindən hazırlığa qalırdı, həmin uşaq da 7-ci sinif hazırlığına qalırdı. 7-ci sinif şagirdi və dostu oğlumu tutaraq ona video göstərib və gördüklərini icra etməyə məcbur edib. Uşaq günlərdir ürək bulanmasından əziyyət çəkirdi. Bunu danışanda uşaq təşviş və qorxu içində idi. Məktəbin direktoru uşaqları uzaqlaşdıracağına, məsələni həll edəcəyinə söz verdi, amma nədənsə həllini tapmadı. Çünki 7-ci sinif şagirdinin valideyni nəyəsə güvənib bizə “videogörüntü göstər” deyir.

8 yaşlı uşaq 2400 nəfər arasında bu uşaqları göstərir. Hətta o anda mən başqa şagirdi göstərdim, övladım dedi ki, ana, Allah görür axı, səhv deyə bilmərəm.

Kliniki psixiatr bunu təsdiq edirsə, rəy verilirsə, bu nə qədər yanlış ola bilər? 7-ci sinif şagirdi ingilis dili müəlliminin 5 yaşlı övladına, 3-cü sinif uşağına porno videolarını göstərməsi, onlardan bunu icra etmələrini istəməsi nə dərəcədə doğrudur?

7-ci sinif şagirdinin başqa uşaqlara göndərdiyi səs yazısı var. O, ancaq pis ifadələrlə danışır və video çəkərək başqa uşaqları manipulyasiya edir. Səhhətimdə ciddi problem yaşanıb, övladım sarsıntı keçirib”.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakı şəhəri 6 nömrəli məktəb-liseydə 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qaldığına dair məlumatlar yayılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bəyan edib ki, səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib:
6 saylı məktəbdə baş verənlər ört-basdır edilir? –

“Məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görülüb. VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib. Digər uşaqlarla bağlı da addımlar atılacaq. Həmçinin II sinif şagirdinin valideyninə də bu istiqamətdə təklif edilib”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
592 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...