Naxçıvanın Kənd Təsərrüfatı naziri kollec məzunu imiş – ŞOK İDDİA
Naxçıvanın Kənd Təsərrüfatı naziri əvəzi Bakıda bir kolleci bitirib və nazir təyin olunandan sonra hansısa universitetin hüquq fakültəsinə daxil olub. Yəni nazir xanım əfəndi faktiki olaraq tələbədir və bu vaxta qədər Qida Təhlükəsizliyi Agentliyində işləyib.
Hurriyyet.az xəbər verir ki, ovqat.com-a bu məlumatı vaxtilə Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində hüquqşünas vəzifəsində çalışan Gülşən Hacıyeva verib.
Onun sözlərinə görə, nazir əvəzi bu faktı şəxsən özü Gülşən Hacıyevaya etiraf edib. Təzə vəzifəyə təyin olunandan bir qədər sonra Gülşən Hacıyevanın hüquqi iradına cavab verən nazir əvəzi bildirib ki, ona qanundan dərs deməsin. Çünki özü də hüquq fakültəsində oxuyur və yeri gələndə bu elmin incəliklərini Gülşən Hacıyevadan yaxşı bilir. Təbii ki, Gülşən xanım bu özündənmüştəbeh nazir əvəzinin iddialarına çox da etibar etməyib. Axı necə ola bilər ki, hüquq sahəsində iki universitet bitirən Gülşən xanım öz sahəsini adi bir tələbə qədər bilməsin?
Bəs, hüquqşünas, nazirin hələ də tələbə olması həqiqətini necə ortaya çıxarıb?
Gəlin, tələsməyək, bu sirri-xudanı anlamaq üçün hadisənin başvermə səbəblərinə nəzər salaq.
Naxçıvan Muxtar Respublikasının bir kənd təsərrüfatı nazir əvəzi var – Xəyalə Dadaşova.
Ötən ilin fevralın 28-də Naxçıvanın Kənd Təsərrüfatı nazirinin müavini təyin olunub. Bir müddətdən sonra isə nazir səlahiyyətlərini icrasını, yəqin ki, alternativ birini tapa bilmədiklərindən ona tapşırıblar. Onun ilk xidməti vəzifəsi isə 24 il həmin nazirlikdə hüquqşünas işləyən Gülşən Hacıyevanı işdən çıxarmaq olub. Özü də nə vaxt? – 19 aprel 2023-cü ildə. Yəni təyinatının cəmi 50-ci günündə.
Gülşən Hacıyevanın iddiasına görə, onu guya köhnə hakimiyyətin dövründə dövlət qulluğu imtahanından keçməyən 5 nəfərin işə götürülməsi ilə əlaqədar sənədə imza atdığı üçün işdən çıxarıblar. Əslində isə bu, bəhanə olub. Əsl səbəb hüquqşünasın nazirə qanunvericiliyi başa salmaq imiş.
Belə ki, nazirlikdə keçirilən iclaslardan birində nazir əvəzi Xəyalə Dadaşova qurumun aparat rəhbəri Zəkəriyyə Gözəlovu danlayıb. Bu da hüquqşünasın acığına gəlib və ondan danışmaq üçün söz istəyib. Nazir əvəzi ona söz verib və Gülşən Hacıyeva qanunvericiliyə istinad edərək aparat rəhbərinin izahat verməsinin bir hüquq məsələsi olduğunu, başqa sözlə, Zəkəriyyə bəyin üzərində belə bir öhdəliyinin olmadığını Xəyalə Dadaşovanın diqqətinə çatdırıb. Bununla da necə deyərlər, “dananın quyruğu qopub”. Hüquqşünasın iradına bərk qəzəblənən Xəyalə xanım ayağa qalxıb oturduğu kreslonu göyə qaldırıb elə zərblə yerə çırparıb kabinetdəki stol-stul belə tir-tir titrəyib. Və hüquqşünasa deyib ki, mənə hüquqdan-müquqdan danışma. Mən də ikinci təhsilimi hüquq fakültəsində alıram və bu sahənin incəliklərini səndən çox bilirəm, vəssəlam.
Şəkildə: Gülşən Hacıyeva
Gülşən xanım isə bu zamana qədər onun kollec qurtardığını bilirmiş və heç bir ali təhsili olmayan bir şəxsin necə nazir vəzifəsinə gətirilməsinin sirri ilə maraqlanırmış. Xəyalə xanımın bu etirafından sonra onun tələbə olduğunu eşidib öz ürəyində məlum təyinatla razılaşıb belə.
Di gəl ki, onun bu könül rahatlığını nazir əvəzinin qisasçılığı bulandırıb. Şikayətçinin iddiasına inansaq, həmin hüquq dərsindən səhv nəticə çıxaran nazir əvəzi bir həftədən sonra nazirliyin əyan-əşrəfini başına toplayıb Gülşən xanımın işdən çıxarılması barədə əmr imzalayıb. Bəhanə kimi isə köhnə rəhbərliyin dövründə işə götürülən 5 nəfərin ərizəsinə hüquqşünasın da qol çəkməsi göstərilib. Halbuki, Naxçıvanda “xan” rejimi zamanı yuxarıdan gələn əmrlərə etiraz etmək mümkün deyildi və bu kriteriyalarla getsək, Vasif Talıbovun bütün kadrları istinasız olaraq işdən çıxarılmalı, yaxud həbsə atılmalı idi. Biz isə tamamilə fərqli mənzərələrlə qarşı-qarşıyayıq. Görürük ki, həmin adamlar nəinki işdən çıxarılmır, əksinə hətta sığortaçılar gətirilib tibb müəssisələrinin rəhbəri və ya naziri təyin olunur. Məsələn, Naxçıvanın Təcili Tibbi Yardım İdarəsinə bu yaxınlarda icraçı direktor təyin olunan Tural Ələkbərovu KTN-nə rəhbər qoysaydılar, yenə anlamaq mümkün idi. Ən azı ona görə ki, Tural müəllim heç olmasa, Azərbaycan Aqrar Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsini bitirib. Xəyalə xanım isə sadəcə kollec məzunu və tələbədir. Naxçıvan “canişinliyində” isə Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoymaqla məşğuldurlar.
Şəkildə: Yerləri səhv düşən Naxçıvan məmurları – Tural Ələkbərov və Xəyalə Dadaşova
Gülşən Hacıyeva onun ərizəsi olmadan, kiçik bəhanələrlə işdən çıxarılmasını qanunsuzluq adlandırır və bu iddia ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edib. Hakim Hicran Muradovun sədrliyi ilə 7 aydan çox sürən məhkəmə prosesi də onun dərdinə məlhəm olmayıb. Özünün dediyinə görə, hakim “qanunsuz” əmri qüvvədə saxlayıb və o, işinə geri qaytarılmayıb.
Şikayətçi məhkəmənin bu qərarı ilə razılaşmaq istəmir. O, bütün məhkəmə intansiyalarına və ölkə başçısına müraciət etmək niyyətindədir. Dediyinə görə, artıq Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya məktub göndərib. Amma indiyədək bu məktubun da cavabı gəlməyib. Gülşən xanım inanır ki, məktub Mehriban xanıma çatmayıb. Odur ki, ikinci məktubu Prezident İlham Əliyevə yazmaq niyyətindədir və ümidvardır ki, ölkə rəhbərinə yazacağı məktub yolda itib-batmayacaq. Hüququnu bu yolla təmin edə bilməsə, beynəlxalq məhkəməyə də üz tuta bilər.
Şəkildə: Gülşən xanımın iddiaları
Qeyd edək ki, hüquqşünasla nazir arasında qalmaqal həmin vaxt Azərbaycan media orqanlarının da əsas mövzularından olub. Qalmaqalın baş verdiyi gün bu barədə dərc olunan məlumatda bildirilirdi:
Naxçıvanda nazirlə hüquqşünas arasında qalmaqal yaşanıb.
Pravda.az-ın məlumatına görə, Naxçıvan MR Kənd Təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova ilə nazirliyin hüquqşünası Gülşən Hacıyeva arasında insident baş verib.
Belə ki, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova hüquqşünası tutduğu vəzifəsindən uzaqlaşdırmaq istəsə də, Gülşən Hacıyeva buna etirazını bildirib. Nəticədə ikili arasında nazirliyin inzibati binasında böyük qalmaqal yaşanıb. Hazırda Xəyalə Dadaşovanın rəhbərliyi ilə nazirlikdə təcili toplantı keçirilir.
613 dəfə oxundu