İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: Taleh Bəşirov və Eldəniz Qafarov prezidentə sabotaj içində

İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı:
Uzun müddətdir müzakirə olunan, vətəndaşları və müvafiq qurumları narahat edən problem, deyəsən, artıq həllini tapır. Söhbət sənədsiz evlərə çıxarışların, müvafiq digər sənədlərin verilməsi məsələsindən gedir. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin açıqlaması ictimaiyyətdə böyük ümidlər yaradıb. Amma sözügedən qurumun bu işin öhdəsindən gələ biləcəyini düşünmək çətindir. Bir zamanlar bu sahədə Kərəm Həsənov kimi odioz oliqarxın tam hökmranlığı olduğu halda indi Mətn Eynullayevin eyni idarəçilik güçünə sahib olduğunu demək olmaz…

AzToday.az ALFA xəbər-ə istinadən xəbər verir ki, burda xidmət rəisindən daha çox digər fiqurlar söz sahibinə çevrilib. Məsələn, adi yerölçənlikdən məmumların sevimlisinə çevrilmiş Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirov. Taleh Bəşirovun dövlət torpaqlarını məmurlara peşkəş etməsi qarşılığında aldığı Range Rover zamanla özü nəhəngliyində problemə çevrilməkdədir. Şöbə müdiri lovğalıq edərək ona tam məxfi ortamda təqdim edilən avtomobillə bağlı yaxın çevrəsinə açıq məlumat verməsi onunla yanaşı, ona həmin avtomobili hədiyyə edən şəxsi də çətin vəziyyətə salıb. Məhz həmin iş adamı ilə birgə Novxanıda yerləşən “Metallurq” düşərgəsində qaçqınları məskunlaşdığı ərazinin qeyri qanuni zəbti Bəşirov üçün ciddi problemlər yaradıb. Əmlak makleri ona zamanında avtomobil hədiyyə etmiş məşhur general qardaşıyla birgə köçkün düşərgəsində villalar inşa etmək üçün onlarla ağacı ağır texnika vasitəsilə məhv edib. Dövlət torpaqları hesabına milyonlar qazanan Taleh Bəşirov Tükiyədə də nəhəng biznes imperiyası yaradıb. Tez-tez Türkiyəyə səfərlər edən Taleh Bağırov öz biznesini Azərbaycandan kənarda genişləndirməkdə maraqlıdır.

Əmlak Məsələləri Dövlət Xidmətində qanunsuz yollarla nəhəng biznes imperiyası quran məmurlardan biri də Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini Eldəniz Qafarovdur. Paytaxt ərazisində biznes üçün ən uğurlu nöqtələrin zəbti Eldəniz Qafarovun adı ilə bağlıdır . Gediş-gəlişin çox olduğu ərazilərdə boş torpaq sahələrini, hətta səki, park və zibilxanaları belə zəbt edən müdir müavini, qısa zamanda bu ərazilərdə ictimai iaşə obyektləri və mağazalar inşa edərək öz biznes imperiyasını durmadan genişləndirir. Tutduğu vəzifə və yüksək ranqlı məmurlarla qurduğu dostluq münasibəti ona zəbt etdiyi əraziləri qısa zamanda sənədləşdirməyə, əməlinə qanuni don geyindirməyə imkan verir. Belə bir mühitdə isə sənədsiz evlərin sənədləşdirilməsi prosesinin şəffaflığı inandırıcı görünmür. Nəzərə alsaq ki, bu məsələ ölkə rəhbərliyinin vətəndaşlara vədlri sırasındadır, demək, Mikayıl Cabbarovun idarəsində prezidentə qarşı sabotaj mafiyası fəaliyyət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
288 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...