“Son bir həftədə 50-yə qədər xırda təkan baş verib” - Qurban Yetirmişli

“Son bir həftədə 50-yə qədər xırda təkan baş verib” -


“Ölkədəki seysmogen bölgələrdə dekabrın 31-dən bu günə kimi xırda, hiss olunmayan 50-yə qədər təkan baş verib”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, hiss olunmayan təkanlar əsasən Xəzər dənizində və Kiçik Qafqazda baş verib.

Direktor əlavə edib ki, Abşeron yarımadasında seysmik proseslərin baş verməsi Xəzər dənizindəki zəlzələ ocaqlarından qaynaqlanır. Q. Yetirmişlinin sözlərinə görə, Xəzər dənizindəki “Azəri”, “Çıraq”, “Bahar”, “Ümid” neft-qaz yataqlarının yaxınlığında da zəlzələ ocaqları var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1720 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...