Pərviz Müşərrəfə bəraət verilib

Pərviz Müşərrəfə bəraət verilib


Pakistan məhkəməsi keçmiş prezidenti Pərviz Müşərrəfə bəraət verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o, 2006-cı ildə Bəlucistan vilayəti millətçilərinin lideri Əkbər Buqtinin ölümündə təqsirli bilinirdi.


Pərviz Müşərrəf 2013-cü ilin oktyabrında zaminə buraxılıb. Bununla yanaşı, onun bir neçə digər cinayət hadisələrində də adı hallanırdı. “Məhkəmə keçmiş prezident Pərviz Müşərrəfə və adları hallanan digər şəxslərə qarşı bütün ittihamları ləğv edib”,- deyə adı cinayət işində keçən sabiq daxili işlər naziri Aftab Şerpao deyib.

Bununla yanaşı, P. Müşərrəf 2007-ci ildə ölkədə fövqəladə vəziyyət elan etdiyi və Ali Məhkəmənin sədrinin həbs etdirdiyi üçün dövlət çevrilişində də ittiham edilir. O, 2001-2008-ci illərdə Pakistan prezidenti olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1081 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...