"Müəllimlərin 40 faizi yeni sistemlə əmək haqqı alır" - Ceyhun Bayramov

"Müəllimlərin 40 faizi yeni sistemlə əmək haqqı alır" -


Prezident İlham Əliyevin təhsil işçilərinin əmək haqlarının 10 faiz artırılması barədə yanvarın 18-də imzaladığı sərəncam bütün təhsil işçilərinə şamil olunacaq.

APA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, sərəncam fevralın 1-dən qüvvəyə minir. “Bununla bağlı hesablamalar aparılacaq. Bununla yanaşı, 2015-ci ilin noyabr və dekabr aylarında ölkənin 3 şəhər və əlavə olaraq 9 rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. Bu qiymətləndirmə 30 minə yaxın müəllimi əhatə edib. Ölkə başçısının 2015-ci il 16 yanvar tarixli sərəncamına uyğun olaraq həmin diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşları 2016-cı il yanvarın 1-dən Bakı şəhəri və əlavə olaraq qeyd olunan şəhər və rayonlarda dərs yükü normasının və əmək haqqının yeni artım qaydalarına uyğun hesablanması aparılacaq. Bununla da 2016-cı ilin yanvarın 1-dən ölkə müəllimlərinin 40 faizi yeni sistemlə əmək haqqı alacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1022 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...