Uşaqlara “Arsen”, “Mutluay”, “Mutlugün”, “Peşiman”, “Lumu” adlarının qoyulmasının qarşısı alınıb

Uşaqlara “Arsen”, “Mutluay”, “Mutlugün”, “Peşiman”, “Lumu” adlarının qoyulmasının qarşısı alınıb


“Yanvar ayı ərzində “ASAN Xidmət” mərkəzlərindən uşaqlara qoyulan adlarla bağlı bizə 20-yə yaxın müraciət daxil olub”. Bunu APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, “ASAN Xidmət” mərkəzlərindən daxil olan müraciətlər zamanı valideynlərin yeni doğulan körpələrinə “Arsen”, “Mutluay”, “Mutlugün”, “Peşiman” və “Lumu” adlarını qoymaq istədikləri məlum olub. Sədr müavinin sözlərinə görə, valideynlərə bu adların uşaqlara verilməsinin qanuna müvafiq olmadığı izah olunub: “Nəticədə uşaqlara həmin adlar qoyulmadı”.

S. Sadıqova qeyd edib ki, son zamanlar adların düzgün yazılışı ilə bağlı müraciətlərin sayı artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
992 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...