Neftin qiyməti arta bilər - Samir Şərifov

Neftin qiyməti arta bilər -


Dünya bazarında neftin qiyməti 1 barelə görə 25 dollar səviyyəsindən aşağı düşməyəcək, üstəlik, ilin ikinci yarısında qiymət arta bilər. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, buna görə də 2016-cı ilin yenilənmiş büdcəsində neftin qiyməti 1 barelə görə 25 dollar səviyyəsində götürülüb: "Dünyada gedən prosesləri nəzərə alsaq, Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiyməti azalmağa başladı, buna görə də biz qənaətə keçdik".

Nazir qeyd edib: "Biz görülmüş tədbirlər nəticəsində Dövlət Neft Fondu üçün 2,2 milyard dollar qənaətə nail olduq. 2015-ci ilin nəticələri üzrə xəzinədə qalıq 1,4 milyard manat təşkil edib. Bu məbləği 2016-cı il dövlət büdcəsi proqnozlarına yenidən baxılmasında istifadə edirik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1147 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...