Daha bir rusiyalı qız azərbaycanlı atasını axtarır - FOTO

Daha bir rusiyalı qız azərbaycanlı atasını axtarır -


Rusiyanın Leninqrad vilayətinin Luqa şəhər sakini Tatyana Vasilyeva azərbaycanlı atasını - Nadir Həsənovu axtarır. Onun 1960 və ya 1962-ci il təvəllüdlü olduğu bildirilir.

Modern.az-ın Rusiyanın sosial şəbəkələrdən əldə etdiyi məlumata görə, Nadir Bəxtiyar oğlu Həsənov 1982-1984-cü illərdə Leninqrad vilayətinin Luqa şəhərindəki hərbi hissədə əsgərlik xidməti keçib. Bu zaman o, Ploskoe kənd sakini Lyudmila Vasilyeva ilə tanış olub.

1984-cü ilin sentybarında isə onların Tatyana adlı qızları dünyaya gəlib. Hərbi xidmətdən sonra Nadir Həsənov Azərbaycana geri dönüb.

Az sonra Lyudmila Vasilyeva dünyasını dəyişib və kimsəsiz Tatyana Luqa şəhərindəki internatda böyüyüb. Hazırda 31 yaşlı Tatyana Vasilyeva öz atası Nadir Həsənovu axtarır və onu tanıyanlardan yardım istəyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...