Şirin Cəfərinin məhkəməsi təxirə salındı

Şirin Cəfərinin məhkəməsi təxirə salındı


Artıq geniş ictimaiyyətə bəllidir ki, "Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri ilə bağlı xeyli müddətdir ki, Yasamal rayon Məhkəməsində məhkəmə prosesi keçirilir. Onun GundemXeber.az-a verdiyi məlumatlara görə, “proses artıq özünün arzuolunmaz sonluğuna doğru yaxınlaşmaqdadır. Çünki, Vergilər Nazirliyinin barəmdə çıxardığı 71428 manat cərimə qərarı, olduqca qərəzli və heç bir əsasa söykənməyən qərar olduğundan, uzun müddətdir ki, çıxılmaz duruma salınmışam” deyir.

Yasamal rayon Məhkəməsində keçirilməsi nəzərdə tutulan məhkəmə prosesində şahid qismində ifadə verməli olan icra şöbəsinin rəisi Zaur müəllim məhkəməyə gələ bilmədiyindən, proses növbəti dəfə təxirə salındı. Yəni, növbəti məhkəmə prosesinin 03 fevral 2016-cı il tarixdə, saat 09:40-da keçirilməsi elan olundu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...