Ömrüboyu su əvəzinə şərab içən 107 yaşlı şəxs öldü

Ömrüboyu su əvəzinə şərab içən 107 yaşlı şəxs öldü


İspananiyada yaşayan bir şəxs ömrünün çox hissəsini su əvəzinə şərab içib. Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu məlumatı mərhumun oğlu Manuel Dokompo Lopes verib. Məlumata görə, şərabla yaşayan Antonio Dokampo Qarena 107 yaşında vəfat edib. Onun oğlu Lopes qeyd edib ki, atası ancaq öz şərablarından istifadə edib və hər yemək vaxtı 1.5 litrə qədər şərab qəbul edib.

Lopes bildirib ki, atasının şəraba sevgisi sonsuz idi. O, əgər ildə 60 min litr şərab hazırlayırdısa, onun 3 min litrini şəxsi istifadəsi üçün ayırırdı. Uzunömürlü adam ilk dəfə antibiotikləri 103 yaşından sonra qəbul edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
946 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...