“Bakı Metropoliteni” yeni 5 mərtəbli stansiyaya təzə ad tapa bilmir?
Rəsmi açıqlamaya görə, açılışı gözlənilən iki metrostansiya - “Avtovağzal” və “Memar Əcəmi-2” yaxın zamanlarda istifadəyə veriləcək. Burada maraq doğuran stansiyasının adıdır: “Memar Əcəmi-2”. Yəni doğrudanmı ad tapılmır? Axı bir “Memar Əcəmi” stansiyası var... Lap qəzet, sayt adına oxşadı...
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına açıqlamasında məsələyə belə aydınlıq gətirib. O qeyd edib ki, stansiyalara verilən adlar Nazirlər Kabinetinin qərarına əsasən müəyyən olunur:
“Stansiyanın adı istismara veriləndə bəlli olur. Ona qədər də layihədə nəzərdə tutulduğu kimi şərti addan istifadə edilir”.
Qeyd edək ki, "Memar Əcəmi-2" "Bənövşəyi xətt"dən mövcud "Yaşıl xətt"ə keçid stansiyası rolunu oynayacaq. Sərnişinlər buradan "Memar Əcəmi" stansiyasına keçməklə, "Yaşıl xətt"in əhatə edəcəyi stansiyalardan istifadə edə biləcəklər.
"Memar Əcəmi-2" stansiyası nəhəngliyinə görə bu vaxtadək tikilən metrostansiyalarından fərqlənir. Stansiya 5 mərtəbədən ibarət olacaq. Hər bir mərtəbənin hündürlüyü isə 5,8 metrdir.
1227 dəfə oxundu