Xəzər Dəniz Gəmiçiliyi hər il 2 gənci xaricdə oxudacaq

Xəzər Dəniz Gəmiçiliyi hər il 2 gənci xaricdə oxudacaq


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi gənclərin dənizçilik sahəsində qabaqcıl beynəlxalq təcrübəyə daha dərindən yiyələnməsi, onların Gəmiçiliyin gələcək inkişafında fəal iştirakına şərait yaradılması istiqamətində yeni bir addım atıb.

Gəmiçiluiyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, istedadlı və perspektivli gənclərin xarici dövlətlərin aparıcı dənizçilik universitetlərində təhsil alması məqsədilə Təqaüd Proqramı təsis edilib.

Yeni Təqaüd Proqramı çərçivəsində hər il 2 gəncin Gəmiçiliyin vəsaiti hesabına xarici ölkəyə oxumağa göndərilməsi nəzərdə tutulub. Namizədlərə müəyyən tələblər də müəyyənləşdirilib. Belə ki, onlar bakalavr dərəcəsinə malik olmalı, seçilmiş ali təhsil müəssisəsində tələb olunan xarici dili bilməli, təhsilini bitirdikdən sonra respublikamıza qayıdaraq, 5 il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də işləməlidirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
949 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...