“Dedilər ki, qızımda “donuz qripi” var...” VİDEO

“Dedilər ki, qızımda “donuz qripi” var...”


Bakının Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasında ana ölümü qeydə alınıb. Beyləqan rayon Nil qəsəbəsi sakini, 30 yaşlı iki uşaq anası Elnurə Xanəliyeva doğuşdan sonra ölüb. GUNDEMİNFO.AZ `Region TV`-yə istinadən xəbər verir ki, xəstənin yaxınlarının sözlərinə görə, qripə yoluxmuş 8 aylıq hamilə qadın bir neçə gün öncə Sabunçu xəstəxanasına gətirilib. Onlar iddia edirlər ki, xəstəni yoxlamadan qeysəriyə əməliyyatı ediblər.

Etibar Xanalıyev - mərhumun dayısı: "Bizi qoymadılar, uşağımızı başqa özəl xəstəxanaya aparaq. Mərhum nəfəs almaqda çətinlik çəkirdi. Yoldaşı Sabunçu xəstəxanasına gətirdi ki, həkimlər onu müayinə etsinlər. Yəni, doğuşa görə xəstəxanaya gəlməmişdi. Həkimlər qərar veriblər ki, xəstə qeysəriyə əməliyyatı olunmalıdır və uşaq götürülməlidir. Bu zaman ağciyərində problem yaranıb və xəstə komaya düşüb. İki gün xəstə süni nəfəs aparatına bağlanıb. Sonra qəfil dünyasını dəyişib".

Mərhumun yaxını: "Bu insan sətəlcəmdir, 1-2 dənə başdangetdi müalicə yazıb göndəriblər. Deyib ki, həkim, ölürəm, məni burada saxla. Həkim də deyib ki, heç nə olmaz, müalicə alacaqsan, keçib gedəcək. Qızın evdə halı pisləşib, təzədən qaytarıblar xəstəxanaya. Ailəsinə heç nə demədən əməliyyat ediblər. Uşağı istəmirik, ananı verərdilər bizə".

Mərhumun anası: "Mənim uşağımda "donuz qripi" olduğunu dedilər, halbuki analizi tərtəmiz idi. Niyə öldürdülər mənim balamı? Onun 3 uşağını kim saxlayacaq?"

Xəstəxanadan isə bildirilib ki, qadına bütün lazımi yardım göstərilib. Uşaq sağ olsa da, ananın həyatını xilas etmək mümkün olmayıb. Xəstəxananın baş həkimi Fikrət Zeynalov aparılacaq araşdırmalardan sonra açıqlama verəcəyini bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova qeyd edib ki, yalnız fakt araşdırıldıqdan sonra nazirlik tərəfindən məsələyə münasibət bildiriləcək.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1013 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...