“Bakıda polis avtomobilinə ziyan vuran şəxs sürücü olmayıb” - Vaqif Əsədov

“Bakıda polis avtomobilinə ziyan vuran şəxs sürücü olmayıb” -


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov idarəyə məxsus BMW markalı avtomobilin Nərimanov rayonu ərazisində çəkiclə əzilməsi hadisəsinə münasibət bildirib.

V.Əsədov “Report”a açıqlamasında deyib ki, həmin şəxs bəzi saytların yazdığı kimi hansısa avtomobilin sürücüsü yox, ərazidən keçən piyada - Şahin Bəylərov adlı şəxs olub: “Nərimanov rayonu ərazisində xidmət apararkən yol hərəkəti qaydasını kobud pozmuş sürücü saxlanılıb.


Onun sənədlərinin yoxlanılması və sənədləşdirilməsi zamanı həmin ərazidən keçən bir piyada qəflətən 99 YP 423 dövlət nömrə nişanlı polis avtomobilinin qabaq kapot hissəsinə, “i-potrol” sisteminə, işıq faralarına ard-arda zərbələr endirərək, qaçmağa çalışıb. Həmin piyada - 1974-cü il təvəllüdlü Şahin Bəylərov polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində dindirilir, araşdırma aparılır. Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı avtomobilə çox ciddi ziyan dəyib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1024 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...