"O maşını yandıraram, amma banka vermərəm" - Azərbaycanlı aparıcı

 "O maşını yandıraram, amma banka vermərəm" -


Aparıcı Lətafət Ələkbərovanın başına iş gəlib. Axşam.az-ın məlumatına görə, kreditlə avtomobil alan aparıcıya bank hədə-qorxu gəlib. Əməkdaşımızla söhbətində L.Ələkbərova məhkəməyə müraciət etdiyini deyib:

“2013-cü ildə kreditlə avtomobil almışdım. Qiyməti 18 900 manat idi. Bank isə götürüb onu dollarla yazıb. Bu günə kimi mən 25 min manat ödəmişəm. İndi bank məndən əl çəkmir ki, borcu 1,56 ilə ödəməlisən. Bu da ayda 1200 manat pul edir. Bank deyir ki, mənə hələ bundan sonra 10 min manata qədər borcun var. 18 900 manatlıq maşın mənə 35 min manata gəlib çıxır. Buna görə məhkəməyə müraciət etmişəm. Yorulmuşam bankın əlindən. Müqaviləni vəkilə göstərəndə şok oldu. Müqavilədə bu hissəni çox xırda yazıblar ki, oxumaq mümkün olmasın. Beləcə müştərini aldadırlar. Əgər dərinə getsəm, hələ bankın mənə borcu var. O maşını yandıraram, amma banka vermərəm. Mən onsuz da yanmışam”.


 "O maşını yandıraram, amma banka vermərəm" -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1039 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...