“Azərbaycanda çəpgözlük çoxalıb” - Göz həkimi

 “Azərbaycanda çəpgözlük çoxalıb” -


Göz xəstəlikləri əhalinin ən çox qarşılaşdığı problemlərdəndir. Celamig klinikasının oftolmologu, uzman doktor Əhməd Abdullayev Mdern.az saytına müsahibəsində ən çox təsadüf olunan oftolmoloji xəstəliklərin müalicəsi ilə bağlı suallara cavab verib

Əhməd Abdullayevlə müsahibəni təqdim edirik.

- Doktor, Azərbaycan əhalisi üçün hansı göz xəstəlikləri xarakterikdir?

- Muayinələr zamanı xəstələr arasında katarakta, diabetik retinopatiya və uşaqlarla bağlı çəpgözlüklə daha çox qarşılaşırıq.

- Sadaladığınız göz xəstəliklərinin Azərbaycanda daha çox müşahidə edilməsinin səbəbləri hansılardır?

- Bütün dünyada olduğu kimi, Azərbaycanda da xəstələr arasında ən çox, el arasında mirvari suyu deyilən katarakta daha geniş yayılıb və korluğa ən çox səbəb olan xəstəlikdir. Kataraktanın səbəbi göz büllurunun bulanıqlaşmasıdır. Yaş artdıqca, bütün orqanlarda olduğu kimi, gözdə də qocalma prosesi gedir. İnsan qocaldıqca, göz bülluru öz şəffaflığını itirir və zamanla katarakta əmələ gəlir. Əsasən, qocaların xəstəliyi hesab olunsa da, cavanlarda da mübadilə pozğunluğuna , travmaya, uzun müddətli ultrabənövşəyi şüalara məruz qalmaya, şəkərli diabetə bağlı ortaya çıxa bilər. Diğər tərəfdən, diabetik retinopatiyanın Azərbaycanda çox görülmə səbəbi kimi xəstələrin zamanında göz muayinəsinə getməməsini göstərmək olar. Normalda oftalmoloqlar olaraq biz şəkərli diabet diaqnozu qoyulan xəstələrin ildə ən az bir dəfə göz muayinəsindən keçməsini məsləhət görürük.

- Diabetə bağlı korluq səbəbi və əlamətləri nələrdir və müalicəsi mümkündürmü?

- Şəkərli diabet orqanizmin bütün damarlarını, xüsusilə də kiçik və orta böyüklükdəki damarları zədələyən, ömür boyu davam edən bir xəstəlikdir. Diabet gözün bütün qişalarına təsir edə bilir. Görmə azlığı isə daha çox retina damarlarında ortaya çıxan dəyişikliklər sonucu görülür. Başlanğıcda hər hansı bir şikayət olmaya bilər. Lakin zamanla xəstələrdə rəng görmədə pozulmalar, bulanıq və dalğalı görmə , göz önündə uçuşmalar kimi şikayətlər ortaya çıxır. Bütün dünyada hər 100 diabet xəstəsinin ikisində korluq görüldüğü göstərilir. Şikayətlərin ortaya çıxmasında diabetin müddətinin də önəmi var. Ayrıca 1-ci tip diabetli xəstələrdə retinopatiyanı daha çox görürük. Diabetik retinopatiyanı müalicə etməkdə məqsəd retinada yeni damarların əmələ gəlməsini önləməkdir. Bunun üçün günümüzdə lazer, göziçi iynə müalicəsi istifadə olunur. Bu mualicələrdən fayda görülmədiyində və ya müalicə geciktiyində vitrektomi əməliyatı olunur.

- Hansı göz xəstəlikləri irsi keçə bilir?

- Uşaqlarda və böyüklərdə korluğa səbəb olan bəzi göz xəstəliklərində genetik faktorların rol oynadığı bilinməkdədir. Körpə uşaqlarda korluğa səbəb olan xəstəliklərin (konjenital katarakta, konjenital glaukoma və s.) 60%-nin genetik olduğu göstərilib. Çəpgözlüklə doğulan uşaqların 40%-nin ailəsində də çəplik olur. Böyüklərdə də glaukoma və yaşa bağlı makula dejenerasyonu kimi xəstəliklərdə irsi faktorun olduğu bilinir.

- Gözdə təzyiqlə bağlı şikayətlər çoxluq təşkil edir. Bunun səbəbləri nədir və əlamətləri hansıdır?

- Göz təzyiqi el arasında “qara su” adlanan glaukoma xəstəliyidir. 40 yaşından yuxarı insanlar arasında hər 40 nəfərdən birində ortaya çıxır. Normalda göz içərisində daim maye əmələ gəlir və xüsusi kanallarla göz xaricinə çıxarılır. Bəzən bu kanallarda tıxanıqlıq sonucu göz təzyiqi artaraq glaukoma əmələ gəlir. Əsas əlamətləri başağrısı, göz ağrısı, gözlərdə qızarıqlıq, görmədə azalmadır. Lakin ilk başlarda göz təzyiqinin heç bir əlaməti olmaya bilər. Bu səbəbdən 40 yaşından yuxarı insaların profilaktik göz muayinələrindən keçməsi məsləhət görürük.

- Klinikanızda göz xəstəliklərinin müayinəsi və müalicəsi sahəsində texnoloji imkanlar yetərli qədərdirmi?

- Çalışdığım klinika Azərbaycanda fəaliyət göstərən ilk özəl göz klinikasıdır və artıq uzun illədir ki, fəaliyət göstərir. Klinika muayinə və əməliyatları icra etmək üçün lazımı avadanlıqlarla təchiz edilib.

- Göz həkimi olaraq xəstələrinizin müayinə və müalicəsində hansı fərqlilikləri tətbiq edirsiniz?

- Həkimlikdə birinci qanun xəstəyə zərər vərməməkdir. Bunun üçün hər xəstəyə lazımı qədər vaxt ayırmağa çalışıram.

- Klinikanızda hansı müalicə və əməliyyatlar aparılır?

- Klinikamızda bütün növ müasir göz əməliyatları icra olunur.

- Azərbaycan səhiyyəsində rus və türk tibb elminin təcrübələri tətbiq edilir. Bu iki təcrübə arasında hansı fərqləri və üstünlükləri qeyd etmək olar?

- Rus təhsili vaxtıilə tibb elminə lazımı qədər töhfə verib. Lakin günümüzdə Türkiyə tibb sistemi Avropa və Amerika təcrübəsindən daha çox istifadə elədiyi üçün müasir dövrün tələblərinə daha yaxşı cavab verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1294 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...