“Azercell”in ötən il gəlirləri azalıb

“Azercell”in ötən il gəlirləri azalıb


Azərbaycanın mobil operatoru "Azercell" MMC-nin 2015-ci ilin yekunları üzrə gəlirləri təxminən 7 faiz azalıb.

Bunu şirkətin maliyyə direktoru Sərdar Yılmaz ötən ilin yekunlarına həsr edilmiş konfransda deyib. Onun sözlərinə, 2014-cü ildə şirkətin gəlirləri 430 milyon manat idisə, 2015-ci ildə bu göstərici təqribən 400 milyon manatadək azalıb: "Biz gəlirlərin azalması tendensiyasının bu ildə qorunacağını gözləyirik".

S.Yılmaz şirkətin 2016-cı il üçün ölkənin telekommunikasiya sektoruna investisiyalarının həcmi üzrə ilkin proqnozunu da açıqlayıb. Həmin həcmlər təqribən 50 milyon manat təşkil edəcək. 2015-ci ildə sektora qoyulmu.ş investisiyaların həcmi 68 milyon manat olub.

"Azercell"in prezidenti Vahid Mürsəliyev isə bildirib ki, şirkətin 2015-ci ildə ölkənin telekommunikasiya sektoruna qoyduğu sərmayələrin həcmi 19,3 faiz artıb. Onun sözlərinə görə, şirkət ötən il telekommunikasiya sahəsinin inkişafına 68 milyon manat sərmayə qoyub, 2014-cü ildə bu rəqəm 57 milyon manat təşkil edib. Şirkətin 19 il fəaliyyəti ərzində onun bu sahəyə sərmayələri 1,7 milyard manatı ötüb. V.Mürsəliyev qeyd edib ki, 2015-ci ildə şirkətin dövlət büdcəsinə ayırmaları təqribən 123 milyon manat təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
999 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...