“Arsenal”-“Barselona” oyununun reportajı türk hakimə görə yarımçıq dayandırıldı

“Arsenal”-“Barselona” oyununun reportajı türk hakimə görə yarımçıq dayandırıldı

Çempionlar Liqasının səkkizdə bir filan mərhələsində “Arsenal”-“Barselona” komadanları arasında keçirilən oyundan reportaj zamanı maraqlı hadisə baş verib.

Moderator.az türk mediasına istinadən xəbər verir ki, “Emirates” stadionunun TRT televiziyasının oyundan canlı reportaj hazırladığı hissəsindən ingilis azərkeşlər hakimin ünvanına fasiləsiz olaraq təhqiramiz ifadələr işlədiblər.

Həmin ifadələr efirə də düşdüyündən maçın 65-ci dəqiqəsində şərhçi reportajı yarımçıq saxlayıb. Buna səbəb küçə ifadələrinin reportaja yansıması ilə bərabər həm də türk hakiminin təhqir olunması idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1023 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...