Muxtar Maniyevin vəziyyəti ağırlaşıb reanimasiyadadır

Muxtar Maniyevin vəziyyəti ağırlaşıb


Xalq artisti Muxtar Maniyevin səhhəti ağır olaraq qalır.

Bu barədə APA-ya M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. O bildirib ki, xalq artistinin müalicəsi Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir: “Hələ ki palataya köçürülməkdən söhbət getmir. Huşu aydın deyil, danışmır. Komaya düşmüşdü, həkimlər vəziyyətdən çıxardılar. Qan dövranında olan problem hələ də qaydasında düşməyib”.

N. Maniyeva əlavə edib ki, aktyorun durumu Mədəniyyət və Turizm Nazirliyinin və Səhiyyə Nazirliyinin diqqətindədir: “Nə lazımdırsa, edirlər, bütün müalicələri dövlət hesabına aparılır. Həkimlər də nə mümkündürsə, edirlər ki, vəziyyəti yaxşılaşsın”.

Qeyd edək ki, M. Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
932 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...