Rauf Mirqədirov barəsində sabah qərar veriləcək

Rauf Mirqədirov barəsində sabah qərar veriləcək


Bu gün Bakı Apelyasiya Məhkəməsində 6 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Rauf Mirqədirovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses qapalı olub. Vəkil Fuad Ağayev Trend-ə bildirib ki, prosesdə o və müvəkkili çıxış edərək bəraət istəyiblər. Lakin dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib. Çıxışlardan sonra hakim müşavirəyə yollanıb. İş üzrə qərar martın 17-də açıqlanacaq.

Qeyd edək ki, R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. Qərarla razılaşmayan R.Mirqədirov apelyasiya şikayəti verib və bəraət istəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
973 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...