Alt paltarının rəngi qadınlar haqda nə deyir?

Alt paltarının rəngi qadınlar haqda nə deyir?


Qadının alt paltarı ona özünü cazibədar və füsunkar hiss etməsinə kömək edir. Bu da onun xarakterində əks olunur. GUNDEMINFO.AZ azadqadin.az-a istinadən bildirir ki, hər şey qadının alt paltarının rahatlığı, keyfiyyəti və rəngindən asılıdır. Siz də öz paltarınızın rəngini seçin. Beləliklə...

Qara rəng - Əgər siz qara alt paltarına üstünlük verirsinizsə, deməli, dəyişkənliyi sevən insansınız. Xasiyyətinizin zəif cəhətlərini kişiyə göstərməkdən çəkinmirsiniz. Kişinin sizin xasiyyətinizdə açdığı hər xüsusiyyət onu valeh edir. Onun ağlını başından almaq sizin üçün çətin deyil. Çox cazibədar, ağıllı, mərd və hər addımını düşünən insansınız.

Qırmızı rəng - Bu rəng alt paltarı sahibinin dəliqanlı olduğunu deyir. Qadın eyni xasiyyəti əks cinsdən də gözləyir. Siz sevgi oyunlarını yox, əsl məhəbbət macərasını sevirsiniz. Qırmızı rəng sizin özünəinanan olduğunuzdan xəbər verir. Vəziyyəti nəzarət altında saxlamağı bacaran və mənən möhkəmsiniz. Özünüzdən güclü kişilərlə maraqlanırsınız.

Ağ rəng - Ağ rəng sizin açıq xasiyyətli və təmiz biri olduğunuzu göstərir. Özünüzə arxayın olub, kişilərin dilini onlardan yaxşı bilirsiniz. Şirin yalandansa, acı həqiqəti üstün tutursunuz. Sözü üzə deyənsiniz.

Bej rəngi - Geyimində bu rəngi üstün tutanlar küsəyən olurlar. Siz işə bej rəngli alt paltarı geyinə bilərsiniz, lakin sevgilinizlə görüşəndə tamam başqa rəngli geyimə üstünlük verirsiniz. Bej rəng xanımların evdar, xeyirxah və incə olduqlarından xəbər verir. Bu xanımların bir xüsusiyyəti də var ki, onlar qəflətən tanış olduğu insanla tez münasibət qurmaqdan çəkinirlər.

Boz rəng - Xasiyyətinizi gizlədib, insanları özünüzdən uzaq tutursunuz. Ciddi görünməyi sevirsiniz. Sizin imiciniz işgüzar qadını xatırladır. Kişi ilə münasibətdə vəziyyəti öz nəzarətiniz altında saxlayırsınız.

Moruğu rəng - Kişilərin ağlını başından alırsınız. Özünüzə məxsus düşüncə tərziniz var və bunu sirr olaraq saxlayırsınız. Flirti sevirsiniz. Arada həm mərd və acıdil, həm də məsum ola bilirsiniz.

Qəhvəyi rəng - Həyatda çox şeydən çəkinirsiniz. Özünüzü təbiətdə tapırsınız. Aldanmaqdan qorxub, ehtiyat edirsiniz. Utancaqlıq hissi isə kişi ilə münasibətində özünü göstərir.

Göy rəng - Fikrinizi bildirməkdən çəkinmirsiniz. Fikirdə və hisslərinizdə azadsınız. Özünüzdən başqa heç kimə etibar etmirsiniz. Romantiksiniz, lakin bunu gizlətməyə çalışırsınız. Sevgi sizin üçün maraqlı bir oyundur.

Bənövşəyi rəng - İntellektual və eleqant insansınız. Sizin daxilinizdə özünəinamsızlıq hissi var. Utancaqsınız. Kişidən gül və incə öpüş gözləyirsiniz. Özünüzü əsl qadın hesab edirsiniz.

Narıncı rəng - Bu rəng optimist qadınların rəngidir. Bu tip qadınlar gənc ruhlu olurlar. Narıncı rəngi sevən qadınları daxilən xoşbəxt hesab etmək olar. Təcrübəni və rəngarəngliyi sevirsiniz.

Açıq yaşıl rəng - Siz hamıya etibar edən və ehtiyatsız insansınız. Kişi ilə münasibətdə ona çox etibar edirsiniz. Əsl sevgiyə inanır, böyük məhəbbətinizi gözləyirsiniz. Sizi küsdürmək asandır. Uğursuzluqla üzləşəndə günahı başqasında görürsünüz. Lakin qəlbinizdə parlaq gələcəyə inanırsınız.

Tünd yaşıl rəng - Özünüzə inanırsınız. Sevgini oyun hesab edirsiniz. Lakin daxili səsiniz bu oyunun çox sürməsinə imkan vermir. Azad olub, sərbəst qərarlar irəli sürürsünüz. Bu rəngə üstünlük verən qadınlar gözəl həyat yoldaşı olurlar.

Sarı rəng - Diqqət mərkəzində olmağı sevirsiniz. Təriflərdən xoşlanırsınız. Kişinin sizə qarşı olan hisslərini düşünməyib, ayrılığa rahat qərar verməyi bacarırsınız.

Çəhrayı rəng - Bu rəngi sevən qadınlar həyata çəhrayı eynəklə baxırlar. Bu ona işarədir ki, sizin qəlbiniz çox cavandır. Kişilər bu tip qadınları uşaq xasiyyətli hesab edirlər. Sevgi oyunlarına meyillisiniz.

Şəkilli alt paltarı - Bu geyimi dəyişiklik üçün geyinirlər. Lakin çox vaxt şəkilli alt paltarı geyinən qadınlar dəyişkən xasiyyətli olub, həyatdan zövq almağı bacarırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1135 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...