Məhkəmə ANS-in apellyasiya şikayətini təmin etməyib

Məhkəmə ANS-in apellyasiya şikayətini təmin etməyib


Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) iddiası əsasında Səbail Rayon Məhkəməsinin çıxardığı qərardan verdiyi apellyasiya şikayətinə baxılıb. MTRŞ-nin hüquqlarını məhkəmədə müdafiə edən vəkil Toğrul Mirzəzadənin APA-ya verdiyi məlumata görə, məhkəmə Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə ANS radio və reklam qanunvericiliyini pozduğu üçün cərimələnib. ANS həmin qərardan apellyasiya şikayəti verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1001 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...