Yaralı ermənilərdən daha biri öldü - Rəsmi

Yaralı ermənilərdən daha biri öldü -


Ermənistan Müdafiə Nazirliyinin İrəvandakı mərkəzi hospitalında 53 yaralı əsgər müalicə alır. Axar.az xəbər verir ki, bu, 21 aprel tarixinə olan rəsmi açıqlamadır. Hospitalın rəisi Aram Asaturyan erməni mediasına açıqlamasında bildirib ki, yaralılardan ikisinin vəziyyəti ümidsizdir, 3 əsgər isə ağır vəziyyətdədir.

***

İrəvandakı “Astxik” tibb mərkəzində dördgünlük müharibə zamanı yaralanan erməni hərbçilərdən biri ölüb. Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Səhiyyə naziri Armen Muradyan deyib. Onun sözlərinə görə, aparılan çoxsaylı müdaxilələrə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ermənistan rəsmi olaraq yalnız İrəvan hospitalında olan yaralılar barədə açıqlama verib. Digər tibb müəssisələri və hospitallarda yatan yaralılar haqda məlumat yoxdur. Ümumilikdə isə erməni mediası dördgünlük müharibə zamanı 322 hərbçi itirdiklərini, 700-1000 arası yaralı olduğunu açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
971 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...