Azərbaycan BMT-nin Paris sazışınə qoşuldu

Azərbaycan BMT-nin Paris sazışınə qoşuldu


Aprelin 22-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının (BMT) Mənzil Qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimi keçirilib.

GUNDEMİNFO.AZ yazır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb.

Paris Razılaşmasını Azərbaycan hökuməti adından prezident İlham Əliyevin tapşırığı ilə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

Qeyd edək ki, Paris Razılaşması 12 dekabr 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
911 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...