İŞİD-çilər niyə “Toyota”da gəzirlər?
İŞİD terror qruplaşmasının üzvləri hərbi əməliyyatlarda və gündəlik istifadədə əsasən “Toyota” avtomobillərindən istifadə edirlər.
AZƏRTAC Amerikanın biznes və texnologiya xəbərləri portalı olan “Business Insider”ə istinadla xəbər verir ki, İŞİD-in bütün təbliğat videolarında əsasən “Toyota” avtomobilləri nəzərə çarpır. Bu avtomobillər arasında isə daha çox “Hilux” və “Land Cruiser” modellərini görmək olar. Onların əksəriyyəti tamamilə yeni avtomobillərdir.
Terrorçular arasında “Toyota Hilux” modeli xüsusilə daha çox populyardır. Çünki bu modeldən olan avtomobillər sürətli və daha dözümlü olmaqla yanaşı, onun üzərində müəyyən ağır silahlar, xüsusilə pulemyot quraşdırmaq mümkündür.
ABŞ hökuməti terrorçuların bu avtomobilləri necə əldə etdikləri barədə Yaponiya şirkətinə sorğu göndərib. “Toyota” şirkəti isə öz avtomobillərini hərbi və terror fəaliyyətlərində istifadə edə biləcək şəxslərə satmadığını bildirib.
Son iki ildə təkcə Sidneydə “Toyota” markalı 800 yük avtomobilİŞ qaçırılıb. Bəzi ekspertlər həmin avtomobillərin qaçırılmasında İŞİD-in əli olduğunu düşünürlər.
1061 dəfə oxundu