BMT Suriyaya vaxtı keçmiş peçenyelər göndərib

BMT Suriyaya vaxtı keçmiş peçenyelər göndərib


BMT səhvən Dəməşq yaxınlığında mühasirədə olan şəhərlərin sakinlərinə vaxtı ötmüş peçenyelər göndərib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, Zəbədani və Mədəyyə şəhərlərinə 650 qutu peçenye göndərilib ki, onların da 320-sinin istifadə müddəti sentyabr ayında bitmiş olub. BMT-də dərhal vəziyyəti izah etməyə tələsiblər. “Biz təsdiq edə bilərik ki, bu, yüklənmə prosesində yol verilən bədbəxt insan səhvlərinin nəticəsidir”, — deyə BMT-nin Suriyadakı humanitar əlaqələndiricisi Yaqub əl Hillo bildirib.
Əlaqələndirici qeyd edib ki, BMT-də yaranan vəziyyətlə bağlı iş gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1159 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...