“Rauf MTN müstəntiqlərinin qeyri-peşəkarlığının qurbanıdır” Elçin Şıxlı

“Rauf MTN müstəntiqlərinin qeyri-peşəkarlığının qurbanıdır”

Azərbaycanın jurnalist ictimaiyyəti jurnalist Rauf Mirqədirovun zaminə buraxılması üçün müraciət hazırlayır.b Bunu virtualaz.org-a “Zerkalo” qəzetinin sabiq baş redaktoru Elçin Şıxlı deyib. “Ölkə prezidentinin məhkəmə qərarlarına müdaxilə etmədiyini nəzərə alaraq biz yəqin ki, Rauf Mirqədirovu azad etmək hüququna malik olan digər qurumlara müraciət edəcəyik. Və təbii ki, əvvəlcə vəkillərlə məsləhətləşəcəyik. Ümid edirəm ki, MTN-lə bağlı baş verən məlum olaylardan sonra çoxlarına bəlli oldu ki, Rauf Mirqədirov bu qurumdakı bəzi əməkdaşların qeyri-peşəkarlığının qurbanı olub. Düzdür, mən heç kimi ittiham etmirəm, amma ədalətin öz yerini tutacağına inanıram”, - deyə E.Şıxlı vurğulayıb.

Sabiq baş redaktor onu da deyib ki, yaxın günlərdə bu məqsədlə jurnalistlər arasında imza toplanılması kampaniyasına başlayacaqlar. Virtualaz.org bir daha xatırladır ki, noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə hazırlıq iclası başlayacaq. Məhkəmə prosesinə hakim Əlisultan Osmanov sədrlik edəcək. R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. R. Mirqədirovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb. Həbsin səbəbi R.Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbs edilmiş Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun layihələrində iştirakıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1149 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...