Toğrul Əsgərova Avropa qitəsinin ən yaxşı idmançısı adı verildi

Toğrul Əsgərova Avropa qitəsinin ən yaxşı idmançısı adı verildi


2012-ci il London Yay Olimpiya oyunlarının qalibi sərbəst güləşçimiz Toğrul Əsgərov Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən Milli Olimpiya Komitələrinin Assosiyasiyasının 20-ci Baş Assambleyasında mükafatlandırıldı.

Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, sərbəst güləşçimiz 20-ci Milli Olimpiya Komitələrinin Assosiyasiyasıyasının Baş assambleyasında Avropa qitəsi üzrə ən yaxşı kişi atleti adına layiq görülüb.

Qeyd edək ki, 26 oktyabr tarixindən öz işinə başlayan Assambleyada Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov , Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edirlər.

Məlumat üçün bildirək ki, Milli Olimpiya Komitələrinin Assosiyasiyası 206 Olimpiya Komitələrini birləşdirən qurumdur ki, hər il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərin müzakirəsi ilə yanaşı, Qitə Oyunları üzrə ən yaxşı kişi və qadın idmançıların da mükafatlandırılması keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1194 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...