Azərbaycanlı nazir beynəlxalq elmi jurnalın redaksiya üzvü seçildi

Azərbaycanlı nazir beynəlxalq elmi jurnalın redaksiya üzvü seçildi


Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov Ukrayna Millli Elmlər Akademiyasının Qluşkov adına Kibernetika İnstitutunda dərc olunan "İdarəetmə sistemləri və maşınları" beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilib.

Modern.az xəbər verir ki, əsası 1972-ci ildə tanınmış alim, akademik V.M.Qluşkov tərəfindən qoyulmuş bu beynəlxalq elmi jurnal informatika, informasiya texnologiyaları və iqtisadi riyazi modelləşdirmə sahəsində yüksək elmi səviyyəyə malik nəzəri və tətbiqi aspektlərlə bağlı orijinal elmi araşdırmaları əhatə edir və bu sahədə dünyanın tanınmış nəşrlərindən sayılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1110 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...