Sosial şəbəkə və axtarış sistemlərinin Azərbaycan dilində düzgün yazılış qaydası müəyyənləşib - SİYAHI

Sosial şəbəkə və axtarış sistemlərinin Azərbaycan dilində düzgün yazılış qaydası müəyyənləşib -


Sosial şəbəkə və axtarış sistemlərinin adının Azərbaycan dilində düzgün yazılış qaydaları müəyyənləşdirilib. Bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib. S. Sadıqova sosial şəbəkə və axtarış sistemlərinin adlarının düzgün yazılış qaydalarını da açıqlayıb.

APA sözlərin siyahısını təqdim edir. Dırnaq içərisində verilənlər sözlərin orijinal, dırnaqsız verilənlər isə Azərbaycan dilində yazılış qaydasıdır.

"skype" - skayp

"site" - sayt

"provider" - provayder

"facebook" - feysbuk

"twitter" - tvitter

"instagram" - instaqram

"e-mail"- imeyl

"youtube" - yutub

"messenger" - mesencer

"whatsapp" - votsap

"line" - layn

"viber" - vayber


"google" - quql

"yandex" - yandeks

"wi-fi" - vayfay



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
993 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...