Şirin Cəfərinin məhkəmə prosesi başlayır
Hələ bir neçə gün bundan əvvəl, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin, saxta ittihamlar əsasında AR-ı CM-nin 306.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İşin məhkəmə hazırlıq iclası baxılması üçün, bu gün saat 12.30-a təyin edilmişdir. Bildiririk ki, bu gün dövlət ittihamçısı Bakı şəhər Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin rəisi Abdulla Yusifovun, Bakı şəhər Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə məhkəmə prosesi keçiriləcək.
Məlumat üçün qeyd edək ki, Vergilər Nazirliyi Audit Departamenti Şirin Cəfəri barəsində tətbiq etdiyi saxta 68 244 (altımış səkkiz min iki yüz qırx dörd) manat cərimə məbləği ilə o,cərimə olunmuşdur. Bundan sonra Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində heç bir əsas olmadan, qanunazidd sifarişli istintaq işi aparılmışdır. İstintaqın yekununda Vergilər Nazirliyinin yuxarıda qeyd etdiyimiz cərimənin faizini də nəzərə alsaq, Şirin Cəfəriyə ümumilikdə 71 478 (yetmiş birmin dördyüz yetmiş səkkiz) manat 16 (onaltı) qəpik cərimə həddi təyin etmişlər. İsintaq işi yekunlaşdıqdan sonra, toplanmış iş materialları Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. 20 may 2013-cü il tarixdə isə, həmin məbləğ də Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qərarı ilə qüvvədə saxlanılmış və Şirin Cəfəriyə 3 il şərti, 2 il isə sınaq müddəti ilə məhkəmə hökmü elan edilmişdir.
Şirin Cəfəri çıxarılmış qərarla bağlı mövqeyini belə açıqladı ki, o heç vaxt saxta ittihamlarla barışa bilməz. "Çünki, mən həyatımda hər hansı xırda xuliqanlıq hərəkətlərinə, ictimai asayişi poza biləcək hərəkətlərə belə yol verməmişəm. Keçdiyim acınacaqlı həyat yolu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda cəbhə bölgələrində döyüşərək apardığım mübarizə, söylədiklərimə bir daha sübutdur. Bu gün bəzi dövlət məmurları tərəfindən sifarişlər əsasında barəmdə məhkəmə qərarları çıxarılsa da, mənim ölkəni tərk etməyim haqda təkliflər səslənsə də, mən heç vaxt Vətənimi tərk etməyəcəyəm. Bu Vətəndə, bu torpaqda yaşayıb haqqımın-hüququmun bərpası uğrunda sona qədər mübarizə aparacağam. Yeganə ümidim, yalnız Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdir. İnanıram ki, ölkə rəhbərinin üzləşdiyim problemin həllinə diqqətlə yanaşması, məni belə bir olaydan xilas edəcək".
1152 dəfə oxundu