ABŞ səfirliyi 500 dollara işlənmiş maşın satır

ABŞ səfirliyi 500 dollara işlənmiş maşın satır


ABŞ-ın Azərbaycandakı səfirliyi noyabr 13-də saat 11:00-də işlənmiş avtomobillərin satışı məqsədi ilə auksion keçirəcək. APA-nın məlumatına görə, auksion Məmmədşərif Həmidov küçəsi, 51 ünvanında (Topçubaşov adına eksperimental cərrahiyyə xəstəxanasının, Tusi adına klinika və Biznes universitetinin yanı) təşkil olunacaq. 9 avtomobil satışa çıxarılacaq. Satuş üçün ilkin məbləğ 500 ABŞ dolları müəyyən edilib. Avtomobillərə baxış həmin gün saat 9:00-dan 11:00-a qədər mümkün olacaq. Alıcı mütləq şəxsiyyətini təsdiq edən şəkilli sənədi təqdim etməlidir. Alınan malları dəyəri dərhal ödənilməlidir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3019 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...