Vaxtınıza qənaet edin - Azər-Türk Bankın kredit imkanlarından yararlanın
Azər-Türk Bankda kreditin rəsmiləşdirilməsi prosedurları daha da sürətləndirilib. Müştərilərin vaxtına dəyər verən bank kreditlərin rəsmiləşdirilməsində vaxta qənaət üçün yeni imkan yaradıb. Azər-Türk Bankla Elektron Hökumət portalının operatoru - Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında bağlanmış müqavilə çərçivəsində tətbiq olunan - “Elektron arayış”dan istifadə etməklə indi əlavə zaman sərfinə yol vermədən real vaxt rejimində də kredit almaq olar.
Müştərilər www.e-gov.az saytındakı “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsilə iş yeri, əmək haqqı və digər məlumatları özündə əks etdirən elektron arayışı tərtib edərək, banka getmədən, onlayn şəkildə Azər-Türk Bankın istənilən filialına göndərə bilərlər.
Elektron Hökumət portalına sadələşdirilmiş kod parolla yanaşı, elektron imza sertifikatı, “ASAN imza” və portal tərəfindən təqdim olunan istənilən eyniləşdimə vasitələri ilə də daxil olmaq mümkündür.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
1166 dəfə oxundu