Azərbaycanlı zabit ölüm ayağında - Ailəsi kömək üçün müraciət yaydı
Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1979-cu il təvəllüdlü mayor Ruslan Telman oğlu Alıkişiyev ağır vəziyyətdə olduğundan köməyə ehtiyacı var.
Modern.az saytının xəbərinə görə, əslən Cəbrayıl rayonundan olan mayor Ruslan Alıkişiyev 1993-1996-cı illərdə C.Naxçıvanski adına Bakı Hərbi Liseyində,1996-2000-ci illərdə Azərbaycan Respublikası Slahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alıb. Zabit kimi Gədəbəy, Qazax, Göygöl və Naxçıvanın düşmənlə sərhəd bölgələrində torpaqlarımızın müdafiəsində iştirak edib.
Xidmət zamanı mayor Alıkişiyevdə qan xərçəngi xəstəliyi aşkarlanıb. Bakıdakı Qanköçürmə İnstitutunda 2 kurs müalicə olunsa da, sağlamlığında heç bir irəliləyiş olmayıb. 15 iyun 2015-ci il tarixində mayor Alıkişiyev müalicə olunması üçün Müdafiə Nazirliyi tərəfindən qardaş Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına göndərilib. Lakin 17 avqust 2015-ci il tarixindən Müdafiə Nazirliyi tərəfindən vəsait köçürülməsi dayandırıldığından zabitimizin müalicəsi yarımçıq qalıb.
Həkimlərin diaqnozuna görə, zabitimizin sağalması üçün ona mütləq şəkildə ilik köçürülməlidir. Bu köçürülmə üçün donor Amerikadadır və ümumilikdə iliyin köçürülməsi, müalicənin tam aparılması və zabitimizin sağlamlığına qovuşması üçün 250 000 ABŞ dolları tələb olunur. Bu vəsaitin ödənilməsi isə məcbur köçkün olan Alıkişiyevlər ailəsinin maddi imkanları xaricindədir.
Alıkişiyevlər ailəsi Milli Ordunun zabitini xilas etmək üçün Azərbaycan Respublikasının icra strukturlarına, yardımsevər insanlara, iş adamlarına, sadə vətəndaşlara müraciət edib.
“Sizdən artıq dərəcədə xahiş edirik ki, illərdir Vətənimizin, dövlətimizin keşiyində duran və bundan sonra da Azərbaycana, onun dövlətinə, millətinə sadiq olacağına əmin olduğumuz zabit Ruslan Alıkişiyevə köməklik edəsiniz!”,-deyə çarəsiz ailənin müraciətində deyilir.
Qeyd edək ki, mayor Ruslan Alıkişiyevin böyük qardaşı Pəhlivan Alıkişiyev də torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və öz sağlamlığını itirib, 2-ci qrup əlildir.
Mayor Ruslan Alıkişiyevə yardım etmək istəyən şəxslər aşağıda adları qeyd olunmuş şəxslərlə əlaqə saxlaya bilər:
Asəf Tahirov : (050) 646 41 71 - Biləsuvar, 4 saylı qəsəbə
Cabir Hüsüyev : (050) 309 10 06 - Bakı şəhəri
Eyni zamanda Kapital Bankda zabitimizin atası Alıkişiyev Telman İsrafil oğlunun adına bank hesabı açılıb.
AD: Kapital Bank ASC Cəbrayıl rayon filialı
KOD: 200888
VÖEN: 9900003611
Müxbir Hesab: AZ37NABZ 01350100000000001944
S.W.I.F.T. : BİK AİİBAZ2X
Müştərinin adı: Alıkişiyev Telman İsrafil oğlu
Cari Hesab (AZN) : AZ08AİİB380100194488025691 88
1241 dəfə oxundu